26 avqust 2012 00:57
Bernard Raab: 1:6 hesablı yenilgi bizi daha aqressiv olmağa vadar edir
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın 4-cü turunun “Qəbələ” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Qəbələ” ilə oyuna necə hazırlaşa bilmisiz?
- Hər şey normal keçdi. Baxmayaraq ki, heyətimizdə bəzi itkilərimiz də var. Çünki Samir Abbasovla Aftandil Hacıyev komandaya qarşıdakı görüşdə kömək edə bilməyəcək.

- “Qarabağ”a məğlubiyyət sizi çoxmu məyus edib?
- Futbolda belə şeylər olur. Əsas odu ki, bunu unudub, qarşıdakı oyunlara köklənək.

- Həmin oyundan sonra yetirmələrinizə nə dediniz?
- Onların oyunundan narazı qaldığımı bildirdim. Çoxlu səhvlər buraxdılar. Yəqin ki, bu, bizim ən pis oyunumuz idi. Amma növbəti matçda var gücümüzlə mübarizə aparmağa çalışacağıq.

- “Qəbələ” barədə nə deyə bilərsiz?
- Bu komanda fərdi cəhətdən çox güclüdü. Düzdü, onlar da hələ sabit oyun sərgiləyə bilmirlər. Fikrimcə, “Qəbələ” də “Neftçi”yə 0:3 hesablı məğlubiyyətdən sonra özünü doğrultmaq istəyindədi. Özü də rəqib komanda oyunu doğma meydanda keçirəcək.

- Yəqin ki, onların da hirsli olduğunu təxmin edirsiz?
- Əlbəttə. Amma biz də sakit olmayacağıq. Çünki ötən oyundakı məğlubiyyətimiz bizi də aqressiv oyun sərgiləməyə vadar edir.

- Bu turdan sonra yığma komandaların oyunları ilə əlaqədar Premyer Liqada fasilə yaranacaq. “Sumqayıt” həmin dövrü necə keçirməyə hazırlaşır?
- Qarşıdakı oyundan sonra uşaqlara iki günlük fasilə verəcəyik. Ardından isə 5-ci turun “İnter”lə oyununun hazırlıqlarına start verəcəyik. Bu oyuna çox ciddi hazırlaşmağımız lazımdı. Çünki bu komanda Premyer Liqanın əsas favoritlərindən biri hesab olunur.