27 avqust 2012 02:00
İtaliya çempionatı: Milan mövsümə məğlubiyyətlə başladı (YENİLƏNİB)
İtaliya çempionatında 2012/13 mövsümünə start verilib. Azerisport.az xəbər verir ki, açılış turunun ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Fiorentina” “Udinese” üzərində əzmkar qələbəyə sevinib. Son çempion “Juventus” isə “Parma”nı məğlub yola salıb.
Bazar günü isə “Milan” “Sampdoria”ya uduzub. “Roma” “Catania” ilə görüşdə bir xalla kifayətlənib. “Atalanta” evdə “Lazio”ya uduzub. “Chievo” “Bologna”, “Genoa” “Cagliari” üzərində qələbəyə sevinib. “Palermo” evdə “Napoli”yə, “Pescara” “Inter”ə 3 cavabsız qolla uduzub. “Siena” - “Torino” matçında isə hesab açılmayıb.
İtaliya A Seriyası
1-ci tur
25 avqust
Fiorentina – Udinese – 2:1
Qollar: Yovetiç, 67; 90 - Maykosuel, 28.
Juventus – Parma – 2:0
Qollar: Lixştayner, 55, Pirlo, 59.
Matçın 34-cü dəqiqəsində meydan sahiblərinin heyətində Vidal penaltidən yararlana bilməyib
26 avqust
Milan - Sampdoria - 0:1
Qol: Kosta, 59.
Roma - Catania - 2:2
Qollar: Osvaldo, 59, N.Lopes, 90 - Markese, 29, Qomes, 69.
Atalanta - Lazio - 0:1
Qol: A.Hernanes, 18.
Chievo - Bologna - 2:0
Qollar: Pellisye, 65, Krusado, 78.
Genoa - Cagliari - 2:0
Qollar: Merkel, 51, İmmobile, 85.
Matçın 17-ci dəqiqəsində meydan sahiblərinin heyətində Xorkera penaltidən yararlana bilməyib
Palermo - Napoli - 0:3
Qollar: Hamşik, 45, Maccio, 79, Kavani, 88.
Pescara - Inter - 0:3
Qollar: Sneyder, 17, Milito, 19, Koutinyo, 81.
Siena - Torino - 0:0
