26 avqust 2012 13:59

Fenerbahçe prezidentindən şok qərar

Futbol üzrə Türkiyə Super Liqasının 2-ci turu çərçivəsində ötən gün keçirilən “Fenerbahçe” - “Gaziantepspor” matçında gözlənilməz hadisə baş verib. Azerisport.az xəbər verir ki, matç zamanı yerli fanatların braziliyalı futbolçu Alekslə bağlı müxtəlif şüarlar səsləndirməsinə qəzəblənən “Fenerbahçe” prezidenti Aziz Yıldırım buna etirazını orijinal şəkildə bildirib.
 
“Sarı lacivərdlilər”in 3:0 hesabıyla qələbə qazandığı görüşün gedişində “Aykut söylə, Aleks harda” şüarına əsəbləşən Yıldırım heç kimin gözləmədiyi halda mikrofonu əlinə alaraq, “Meydandakı futbolçulara sahib çıxın, onlara haqsızlıq etməyin” deyərək, hamını şoka salıb.
 
Amma bu hərəkəti həm Aziz Yıldırıma, həm də “Fenerbahçe”yə baha başa gələ bilər. Türkiyə mətbuatının yazdığına görə, futbol federasiyası oyunlar zamanı stadionda yalnız müəyyən çərçivələr daxilində açıqlamalara icazə verir. Hansısa klub prezidentinin, özü də bu şəkildə azarkeşlərə müraciəti isə qanunsuz sayılır. İcazəsiz anonslara görə TFF klubları 10-30 min Türkiyə lirəsi məbləğində cərimə edə bilər.

Qeyd edək ki, hazırda “Fenerbahçe”nin baş məşqçisi Aykut Kocamanla komandanın aparıcı futbolçusu və kapitanı Aleks arasında böyük narazılıq yaranıb. Öncə Çempionlar Liqası çərçivəsində Moskva “Spartak”ına qarşı oyunda bu futbolçunu ehtiyatda saxlayan baş məşqçi ötən gün baş tutan Super Liqa matçında ümumiyyətlə onun adını “18-liy”ə daxil etməmişdi. Amma klub prezidenti Aziz Yıldırım baş məşqçinin bu qərarlarına görə azarkeşlərin addımını pisləyib və ona dəstək çıxıb. O, həmçinin braziliyalı futbolçu ilə xüsusi söhbət edəcəyini də bildirib.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.