26 avqust 2012 14:24
“Niyə çempionluğa əsas namizəd göstərildiyimizi sübut etməyin zamanı yetişib”
“Bakı”nın müdafiəçisi Cəmşid Məhərrəmov Premyer Liqanın 4-cü turunun “Kəpəz”lə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Mövsümə çox uğursuz başlamısız. “Bakı”da nə baş verir?
- Mən hər şeyin o qədər də acınacaqlı olduğunu düşünmürəm. “Rəvan”la son turun oyununda heç də pis çıxış etmədik. Sadəcə, bəxtimiz gətirmədi. Bütün oyun boyu hücum etdik, sadəcə bir qol vurduq. Rəqib komanda isə əlinə düşən yeganə qol şansını dəyərləndirdi.
- Mən hər şeyin o qədər də acınacaqlı olduğunu düşünmürəm. “Rəvan”la son turun oyununda heç də pis çıxış etmədik. Sadəcə, bəxtimiz gətirmədi. Bütün oyun boyu hücum etdik, sadəcə bir qol vurduq. Rəqib komanda isə əlinə düşən yeganə qol şansını dəyərləndirdi.
- Komandanın oyununda sanki bir gərginlik hiss olunur...
- Mənə elə gəlir ki, komandanın yeni gələn baş məşqçinin oyun üslubuna öyrəşməsi üçün vaxt lazımdı. Bojidar Bandoviç bizdən daha çox hücumda olmağı tələb edir. Cinahlardan fəal istifadə etməyimizi istəyir. Əminəm ki, zamanla hər şey daha yaxşı olacaq. Bizim əla heyətimiz var.
- Amma hücumçularınız ümidləri qətiyyən doğrultmurlar...
- Forvardlara vaxt lazımdı. Elə bilirsiz ki, onlar qol vurmaq istəmirlər? Hər bir oyunçunun müəyyən problemləri ola bilər. Zamanla bunlar yoluna düşəcək.
- 4-cü turda sizi “Kəpəz”lə oyun gözləyir...
- Geriyə yolumuz yoxdu. Əminəm ki, “Bakı” qələbə seriyasına başlaya biləcək. Niyə çempionluğa əsas namizəd göstərildiyimizi sübut etməyin zamanı yetişib. Özü də təkcə bu oyunda yox, bundan sonrakı matçlarda da.
- Yəqin bu oyunun rəqib komandanın baş məşqçisi Mahmud Qurbanov üçün debüt xarakteri daşıdığını bilirsiz...
- Ona uğurlar arzulayıram. Ona ilk oyunda heç də asan olmayacaq. Fikrimcə, “Bakı” ilə oyun Mahmud üçün çox vacib əhəmiyyət daşıyır. Çünki o, bir müddət əvvələ kimi məhz komandamızın şərəfini qoruyurdu.
