26 avqust 2012 02:08
Yığmamızın futbolçusu yenə oynamadı, komandası uduzdu
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın formasını geydiyi “Eskişehirspor” Türkiyə çempionatında növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, Eskişehir klubu Super Liqanın 2-ci turu çərçivəsində “Orduspor” ilə görüşüb.
Qarşılaşma rəqib meydanında keçirilib. İlk turda məğlub olan qonaqlar bu dəfə həmin məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, buna nail ola bilməyiblər - 0:2.
Təəssüf ki, əvvəlki oyunlarda olduğu kimi, millimizin üzvü bu dəfə də oynamayıb. O, heç ehtiyat oyunçular sırasına da daxil edilməyib.
Qeyd edək ki, “Eskişehirspor” hazırda 2 oyundan sonra 0 xalla turnir cədvəlinin son pillərini bölüşür.
