26 avqust 2012 14:51
Neftçinin oyununu izləməyə ən azı 16 min azarkeş gələcək
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə Kipr APOEL-i arasında keçiriləcək cavab matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq oyuna 16 mindən çox bilet satılıb.
Kipr mətbuatının yazdığına görə, bu göstərici oyun gününə qədər daha da artacaq. Qarşılaşmanın oynanılacağı GSP Arena 23 min azarkeş tutumuna malikdi.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun 1:1 hesabıyla başa çatıb. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada oynanılacaq və saat 22:00-da başlayacaq.
