26 avqust 2012 15:37
Neftçinin rəqibindən daha bir transfer (FOTO)
Kiprin APOEL klubu Avropa Liqasının pley-off mərhələsinin “Neftçi” ilə cavab oyunu öncəsi heyətinə daha bir futbolçu qatıb. Azerisport.az xəbər verir ki, Nikosiya klubu eyni şəhərin digər təmsilçisi - “Omoniya”da çıxış edən yunanıstanlı Xristos Karipidisi heyətinə qatmaq üzrədi.
Həm müdafiə, həm də yarımmüdafiə xəttində onamağı bacaran 1982-ci il təvəllüdlü sözügedən futbolçu ilə bu gün müqavilə bağlanılıb.
Qeyd edək ki, Karipidis 2001-2002 mövsümündə Yunanıstanın “Kavala” (40 oyun), 2002-2003 mövsümündə “Kerkyra” (25 oyun, 2 qol), 2003-2006-da PAOK-da (63 oyun, 2 qol) çıxış edib. 2006-cı ildə isə onu Şotlandiyanın “Hearts” transfer edib. 30 yaşlı futbolçu burda 2009-cu ilə qədər 62 oyun keçirib, 3 qol vurub. 2009-cu ildən çıxış etdiyi “Omonia”da isə 72 oyuna çıxıb (2 qol).
