26 avqust 2012 16:14

Vurğun Hüseynov: Onları da başa düşmək lazımdı

“Qəbələ”nin kapitanı Vurğun Hüseynov Premyer Liqanın 4-cü turunun “Sumqayıt”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Qəbələ” mövsümə elə də uğurlu başlamayıb. Üç oyuna dörd xal. Problem nədədi?
- Deməzdim ki, üç oyuna dörd xal o qədər uğursuz start hesab olunmalıdı. Hər şey qarşıdadı. Hər bir komanda startda xal itirə bilər. İndiki halda bunu faciəyə çevirmək olmaz.
 
- Amma komandanın müdafiəsində problemlər var. “Neftçi”yə məğlubiyyətdən sonra siz də belə düşünmürsüzmü?
- Biz həmin oyunda ona görə uduzduq ki, çoxlu uşaq səhvləri buraxdıq. “Neftçi” güclüdü. Amma bizi elə böyük hesabla məğlub etməməliydilər. Sadəcə, biz normal müdafiə oluna bilmədik. Əsas odu ki, çempionatın gedişində bütün bunlar bir daha təkrarlanmasın.
 
- “Sumqayıt”la oyundan nə gözləyirsiz?
- Biz “Sumqayıt”a qalib gəlmək istəyirik. Fikrimcə, heç bir xüsusi problem olmadan buna nail ola biləcəyik.
 
- Onların “Qarabağ”a 1:6 hesablı məğlubiyyətini görmüsüz?
- Bəli. Amma biz rəqibə hörmətlə yanaşırıq. İstənilən halda qələbə qazanmalıyıq. Əks halda rəhbərlik də, azarkeşlər də bizdən narazı qalmış olacaq. Onları da başa düşmək lazımdı.
 
- Bəs “Neftçi”yə məğlubiyyətə görə narazılıq olmadı?
- Bizə keyfiyyətli oyun sərgiləmək üçün hər cür şərait yaradılıb. Əlbəttə, biz də buna yaxşı nəticələrlə cavab verməliyik. Bu, hələlik bizdə alınmır. Digər tərəfdən biz, heç də sıradan bir komandaya uduzmadıq. “Neftçi” avrokuboklarda çıxışını davam etdirən yeganə təmsilçimizdi və Avropa Liqasının qrup mərhələsinin bir addımlığındadı.
 
- Sizcə, onlar qrup mərhələsinə vəsiqə qazana biləcəklər?
- Buna çox ümid edirəm. Biz hamımız Azərbaycanın digər klubları kimi, “Neftçi”yə də avrokuboklarda azarkeşlik edirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.