26 avqust 2012 21:58
Fatih Kavlak: Hədəfimiz yuxarı pillələrdə yer almaqdı
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 4-cü turunun “Sumqayıt” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin türkiyəli çalışdırıcısı 4:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
"Yaxşı oyun keçdi. Bizim hədəfimiz yuxarı pillələrdə yer almaqdı. Heyətimiz də güclüdür. Ümid edirəm ki, hər şey yaxşı olacaq. "Sumqayıt"a da uğurlar arzulayıram".
