26 avqust 2012 22:47
“Debüt oyunumda məğlub olduğum üçün çox məyusam”
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 4-cü turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 1:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
"Bakı"nı qələbə münasibətilə təbrik edirəm. Bu gün "Kəpəz" əzmkarlığı ilə seçildi. Heyətdə gənc uşaqlar oynadılar. Bir neçə futbolçunu komandadan uzaqlaşdırmışıq. Qırmızı vərəqə almağımız oyuna təsirini göstərdi. Qapımızda çox sadə qollar gördük. Debüt oyunumda məğlub olduğum üçün çox məyusam. Əzmkarlığa görə futbolçularımı təbrik edirəm. İrəlidə çox vaxtımız var. Növbəti tura kimi işləmək lazımdı".
