26 avqust 2012 22:52
“İlk beş dəqiqəni nəzərə almasaq, yaxşı oynadığımızı deyə bilərəm”
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Premyer Liqanın 4-cü turunun “Kəpəz” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 3:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
"Bizim üçün çox vacib qələbə oldu. Birinci hissədə ilk beş dəqiqəni nəzərə almasaq, yaxşı oynadığımızı deyə bilərəm. "Kəpəz" qırmızı vərəqə aldıqdan sonra çoxlu qol epizodlarımız oldu. İkinci hissədə qol buraxdığımız ana qədər yaxşı təsir bağışlayırdıq. Rəqibin qolundan sonra oyuna nəzarəti itirdik. "Kəpəz"in də bir neçə qol imkanı oldu. Təkcə qələbəyə görə yox, oyunçularımı yaxşı mübarizə apardıqlarına görə də təbrik edirəm".
