26 avqust 2012 00:02
Millimizin baş məşqçisi finalda qələbə sözü verdi
Litvanın Palanqa şəhərində təşkil olunmuş beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Belarus yığmaları arasında bu gün keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə ilə bitən görüşü belə şərh edib:
“Oyunun əvvəli bizim üçün gözlənilməz oldu – artıq ikinci dəqiqədə rəqib hesabı açdı. Qarşılaşmanın heç-heçə başa çatmasına baxmayaraq, üstün tərəf biz idik. Qələbə qazana bilərdik. Bununla belə, finala yüksəlmək üçün bizə heç-heçə də kifayət edirdi. Havanın yağmurlu olması çox güc sərf etməyimizə səbəb oldu. Final oyununda qələbə qazanmağa çalışacağıq”.
