26 avqust 2012 12:31
Yunis Hüseynovdan Rauf Əliyev açıqlaması
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Rauf Əliyevin mümkün transferinə dair fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Artıq bir neçə gündü Raufun komandamıza transferi ilə bağlı danışıqlar aparırıq. Son detallar dəqiqləşdirilir. Futbolçunun özü və “Qarabağ” da bu transferin əleyhinə deyil. Rauf çox istedadlı hücumçudu. Fikrimcə, o, komandamız üçün faydalı olacaq. Rauf Lənkəranda yeni səviyyəyə qalxacaq. Gələn həftə onunla müqavilə bağlamağa hazırlaşırıq”.