27 avqust 2012 00:57
Millimizin baş məşqçisi: Təəssüf ki, finalda qələbə qazana bilmədik
Litvanın Palanqa şəhərində təşkil olunmuş beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Litva yığmaları arasında bu gün keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, komandamızın 0:1 hesablı məğlubiyyətini belə şərh edib:
“Çox təəssüf ki, final oyununda qələbə qazana bilmədik. Komandada yorğunluq hiss olunurdu. İki gün ərzində iki oyun keçirmək çətindi. Bizdən fərqli olaraq, Litva yığması finaldən əvvəlki oyununu 3 gün əvvəl keçirmişdi. Bu amil nəticəyə istər-istəməz təsirini göstərdi”.
