27 avqust 2012 13:28
Klub prezidenti oyunçuları təhqir etdi
Futbol üzrə Fransa çempionu “Montpellier” klubunun prezidenti Luis Nikolin hamını təəccübləndirən açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, onsuz da qəribə qərarları və açıqlamaları ilə tanınan sözügedən şəxs bu dəfə bir qədər də irəli gedərək, komandasının üzvlərini təhqir edib.
Buna səbəb “Montpellier” klubunun yeni mövsümə uğursuz başlamasıdı. Son mövsümdə sürpriz şəkildə Fransa çempionu olan bu komanda 2012/13 mövsümünə heç də yaxşı başlamayıb. Geridə qalan 3 turda cəmi 1 heç-heçəyə nail olan komanda qalan iki görüşdə də meydanı məğlub tərk edib. Ötən gün doğma meydanda Lionun “Olympique” klubu ilə görüşdəki 0:1 hesablı məğlubiyyət isə Luis Nikolini tamam özündən çıxarıb. O, matçdan sonra mətbuata verdiyi açıqlamada açıb ağzını, yumub gözünü:
“Əgər ağıllı futbolçulara sahibsinizsə, bunu edə bilərsiz. Amma məncə, bizim oyunçularımızın 75 faizi ....lardan ibarətdi. Yəni bunu bacara bilmərik. Böyük xəyal qırıqlığına uğramışam. Bu komanda heç də yaxşı durumda deyil. Bu uşaqlar əşyalarını da toplayıb getsinlər ki, bizi daha çox .... batırmasınlar. Bəlkə belə olan halda Luis Nikolin və Mişel Mezi yeni oyunçular ala bildi”.
