27 avqust 2012 13:46
Neftçi azarkeşləri Türkiyə mətbuatında (FOTO)
“Neftçi” azarkeşlərinin Avropa Liqasının pley-off mərhələsində APOEL-lə (Kipr) Bakıdakı oyunda Şimali Kipr Türk Cumhuriyyəti və Türkiyəyə dəstək verməsi qardaş ölkə mediasının da diqqətindən yayınmayıb. Azerisport.az xəbər verir ki, bəzi mətbuat orqanları azarkeşlərin stadiona Şimali Kipr Türk Cumhuriyyəti, Türkiyə və Azərbaycan bayraqları ilə yollanması barədə xəbər yayıb.
“Rumlar neye uğradığını şaşırdı” başlıqlı xəbərdə “Neftçi” azarkeşlərinin Cənubi Kipr təmsilçisini şoka saldığını yazıb. Türk həmkarlarımız azarkeşlərin “Kipr Türkdür, Türk qalacaq”, “Azərbaycan-Türkiyə omuz omuza”, “Yunanlar bura Türk toprağı” kimi şüarlar səsləndirdiyini qeyd edib.
