27 avqust 2012 13:52
Qarabağ və Bakının futbolçuları üçün yeni baş məşqçi (FOTO)
Futbol üzrə Makedoniya yığma komandasının yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Makedoniya Futbol Federasiyası baş məşqçi postunu Çedomir Yanevskiyə tapşırıb.
Makedoniyalı mütəxəssisin son iş yeri Cənubi Kipr çempionatında çıxış edən “Etnikos”klubu olub. Yanevski əvvəllər Makedoniyanın U-21 yığmasında, Belçikanın “Brügge,” Serbiyanın “Crvena Zvezda”, Cənubi Kiprin “Enosis” klublarında da çalışıb.
Qeyd edək ki, Makedoniya yığmasında son dövrlər Premyer Liqamızdan “Bakı”nın qapıçısı Edin Nuredinoski və “Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem çıxış edir.
