27 avqust 2012 14:14
Azərbaycan Gürcüstan millisi ilə qarşılaşacaq
15 yaşadək futbolçulardan ibarət Azərbaycan və Gürcüstan yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşılaşmalar avqustun 28-də və 30-da, Qəbələ şəhərində keçiriləcək. İlk oyun saat 16:00-da, növbəti qarşılaşma isə saat 11:00-da başlayacaq.
