27 avqust 2012 14:46
Yığmamızın rəqibi daha bir ikti ilə üzləşdi
Futbol üzrə İsrail yığması daha bir ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan bu komandanın müdafiəçisi Rami Qerşon da sıradan çıxıb.
Belçikanın “Standard” klubunun şərəfini qoruyan futbolçunun zədəsinin ciddi olduğu bildirilir. Bu üzdən onun ən azı 20 gün yaşıl meydanlardan uzaq qalacağı dəqiqdi.
Qeyd edək ki, İsrail yığması sentyabrın 7-də seçmə mərhələdəki ilk oyununu Bakıda Azərbaycan millisinə qarşı keçirəcək. Belədə, Rami Qerşonun həmin görüşə qədər sıraya dönüşü baş inandırıcı görünmür. Amma futbolçu hər şeyə rəğmən ümidini itirmir: “Ümid edirəm ki, Azərbaycanla oyuna qədər sağalacağam”.
