27 avqust 2012 15:16

Maykl O`Nil: Azərbaycan sürətlə inkişaf edir

Futbol üzrə Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirəcəkləri ilk oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, açıqlamasında eyni qrupda yer aldıqları Portuqaliya, Rusiya, İsrail, Azərbaycan və Lüksemburqla bağlı düşüncələrini dilə gətirib.
 
İrlandların çalışdırıcısı öncə qonşu Rusiya yığması barədə danışıb: “Bu komanda AÇ-2012-də kifayət qədər qoca heyətə malik idi. Amma indi bu komandada müəyyən dəyişikliklərin olacağını düşünürəm. Amma ruslar bizim üçün çox çətin rəqibdilər. Ən azı ona görə ki, ilk oyunumuzu məhz bu komandaya keçirəcəyik. Əlbəttə, başqa rəqiblə də qarşılaşa bilərdik. Amma istənilən halda bütün komandalarla üz-üzə gələcəyik və bunun o qədər də ciddi fərqi yoxdu”.

O`Nil ilk oyununu Azərbaycana qarşı keçirəcək İsrail barədə bunları söyləyib: “İsrailin səviyyəsi barədə danışmaq çətindi. İstənilən halda belə yerlərdə oynamaq heç də asan deyil”.
 
Şimali İrlandiya millisinin çalışdırıcısı Azərbaycan yığması barədə də danışıb: “Azərbaycan futbol planında sürətlə inkişaf edir. Çünki bu ölkənin futboluna böyük pullar yatırılır. Şübhə etmirəm ki, bu komanda ilə səfərdəki oyunumuz çox çətin keçəcək”.
 
Maykl O`Nil qarşıdakı seçmə mərhələdəki əsas hədəfləri barədə danışarkən bunları dilə gətirib: “İstənilən halda bütün rəqiblərimizlə görüşlərimiz çətin olacaq. Ona görə də ən azı evdə mümkün qədər az xal itirməliyik”.
 
Qeyd edək ki, Şimali İrlandiya ilə Azərbaycan yığmaları arasındakı ilk oyun noyabrın 14-də Belfastda, “Vindzor Park”da keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.