27 avqust 2012 15:48
İnter Gürcüstanda iki sınaq matçı keçirəcək
Dünya Çempionatının seçmə mərhələsinin oyunları ilə əlaqədar olaraq, Azərbaycan çempionatında 3 həftəlik fasilə yaranıb. Azerisport.az xəbər verir ki, bundan istifadə edəcək "İnter" Gürcüstanın Tiflis şəhərinə yollanacaq.
Belə ki, bu komanda avqustun 29-da Gürcüstana yollanaraq orada təlim-məşq toplanışı keçirəcək. "İnter"in təlim-məşq toplanışı ayın 30-da başlayacaq və sentyabrın 9-na kimi davam edəcək. Kaxaber Tsxadadzenin yetirmələri qonşu ölkənin paytaxtında "Bomond Garden" otelində məskunlaşacaq.
Gürcüstan toplanışı çərçivəsində "İnter" 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. İlk oyun sentyabrın 4-də baş tutacaq. Lakin bu matçdakı rəqibinin adı hələ məlum deyil. Sentyabrın 8-də isə "İnter" Tiflisin "Dinamo" klubuyla qarşılaşacaq.
