27 avqust 2012 15:56
Sumqayıt daha iki transfer etdi
“Sumqayıt” Futbol Klubu növbəti transferlərini reallaşdırıb. Azerisport.az xəbər verir ki, karyerası ərzində MOİK (16 oyun), “Kəpəz” (23 oyun), “Gəncə” (15 oyun), “Xəzər” (7 oyun, 1 qol), “Turan” (7 oyun), “Olimpik” (23 oyun, 1 qol) və “İnter”in (93 oyun, 5 qol) şərəfini qorumuş Xəyal Mustafayev bu klubla bir illik müqavilə imzalayıb.
“Qarabağ”, “Gənclərbirliyi”, son olaraq isə “Simurq”da forma geyinmiş Elçin Xəlilov isə “Sumqayıt”la iki illik müqaviləyə imza atıb.
