27 avqust 2012 16:08
Raab Sumqayıtı buraxdı
Məlum olduğu kimi, dünya çempionatının seçmə mərhələsinin oyunları ilə əlaqədar olaraq, Azərbaycan çempionatında 3 həftəlik fasilə yaranıb. Azerisport.az xəbər verir ki, bundan istifadə edən “Sumqayıt” da istirahətə çıxıb.
Belə ki, baş məşqçi Bernard Raab futbolçulara bir neçə günlük istirahət verib. Komanda üzvləri avqustun 31-də bir araya gələcəklər. Həmin gündən etibarən “gənclik şəhəri” təmsilçisi növbəti turun “İnter”lə oyununun hazırlıqlarına başlayacaq. Hansı ki, bu görüş sentyabrın 15-də baş tutacaq.
Bu arada “Sumqayıt” rəhbərliyi almaniyalı mütəxəssisin istefa verməsi barədə xəbərlərə də münasibət bildirib. Son iki oyunda üst-üstə 2 qol vurduğu halda qapısından 10 top çıxaran “Sumqayıt”ın almaniyalı çalışdırıcısı postunda qalacaq.
