27 avqust 2012 16:26
“Bizə qələbə lazım idi”
“İnter”in müdafiəçisi Brüs Abdullay Premyer Liqanın 4-cü turu çərçivəisndə "Turan" klubuna qarşı keçirilən matç haqqında danışıb. Azerisport.az xəbər verir ki, o, 3:2 hesablı qələbə qazandıqları görüşlə bağlı bunları dilə gətirib:
“Bizə qələbə lazım idi. Bu barədə oyundan əvvəl baş məşqçimiz Kaxaber Tsxadadze də danışmışdı. Çempionatdaki uğursuz startdan sonra məşqçi bizimlə söhbətdə bildirdi ki, biz yaxşı komandayıq və bunu meydanda sübut etməliyik. Onun sözləri oyunçulara əlavə motivasiya verdi və biz vacib üç xalı əldə etdik. Etiraf edim ki, bu meydançada oynamaq çox çətin idi. Bundan əlavə rəqib də bizə çox problem yaratdı. Amma əsas odu ki, komandamız arzuolunan nəticəni əldə edə bildi”.