27 avqust 2012 17:44
Derbinin hakimləri prokurorluq qarşısında cavab verəcək (VİDEO)
Türkiyə Super Liqasının 2-ci turu çərçivəsində ötən gün keçirilən “Beşiktaş” – “Galatasaray” derbisinin baş hakimi Bülent Yıldırım və köməkçilərindən prokurorluğa şikayət olunub. Azerisport.az xəbər verir ki, Adananın Kozan qəsəbəsində yaşayan Tahsin Yüce adlı “Beşiktaş” azarkeşi hakimlərin qəsdən penalti verdiyi iddiası idə Respublika Prokurorluğuna şikayət edib.
59 yaşlı azarkeş Türkiyə mətbuatına açıqlamasında oyunun görüntülərini idman proqramlarındakı sujetlərdən izlədiyini, Bülent Yıldırımın son dəqiqələrdə penaltini qəsdən təyin etdiyini bildirib. Bu səbəbdən o, matçın hakimləri üçün “vəzifə səlahiyyətlərindən süi istifadə” maddəsi ilə iddia qaldırıb. “Bu penalti ilə “Beşiktaş”a qarşı haqsızlıq edildi və komanda 2 xal itirdi. O penalti verilməməli idi” deyə Tahsin Yüce bildirib.
