27 avqust 2012 17:56

Premyer Liqamızın bahalı futbolçuları

Azerisport.az sizi hazırda futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən ən bahalı futbolçuların siyahısı ilə tanış edir. Yəqin ki, ölkəmizdə top qovan ən bahalı oyunçuların kimliyi sizi də az maraqlandırmır.
 
Qeyd edək ki, bu siyahı məşhur transfermarket.de saytının yaydığı rəqəmlər əsasında tərtib olunub.
 
1. Dieqo Kosta Silva (Qəbələ)
33 yaşlı braziliyalı qapıçı Azərbaycan çempionatındakı ən bahalı futbolçu hesab olunur. Onun qiyməti düz 1 milyon avroya bərabərdi.
 
2. Omar Kalabane (Qəbələ)
Qvineya yığmasının 31 yaşlı müdafiəçisi də öz komanda yoldaşından geri qalmır. Onun da dəyəri hazırda 1 milyon avro məbləğində olduğu bildirilir.
 
3. Lorival Rodriqo Assis (Qəbələ)
Nə qədər qəribə olsa da, ilk üçlükdə yer alan digər futbolçu – Assis də məhz “Qəbələ”nin şərəfini qoruyur. 28 yaşlı bu futbolçu 900 min avro dəyərindədi.
 
4. Viktor Mendi (Qəbələ)
30 yaşlı hücumçu ilk üçlükdəki futbolçulardan fərqli olaraq, ötən mövsümdən Azərbaycandadı. Fransa və Seneqal vətəndaşlığı olan bu oyunçunun qiyməti isə 850 min avrodu.
 
5. Vangelis Mantsios (Bakı)
29 yaşlı yunan forvard da Mendi kimi 850 000 avro dəyərindədi.

6. Rodriqinyo (Neftçi)
“Neftçi”nin aparıcı futbolçularından olan bu yarımmüdafiəçi isə 750 000 avroyadı.
 
7. Saşa Stamenkoviç (Neftçi)
Azərbaycan çempionunun əsas çərçivə qoruyucusu 700 min avro ilə dəyərləndirilir.
 
8. Rəşad Sadıqov (Qarabağ)
Futbol üzrə Azərbaycan yığmasının lideri yerli futbolçular arasında ən dəyərli oyunçu sayılır. 30 yaşlı həmyerlimizin qiyməti isə 650 000 ilə ölçülür.
 
9. Leandro Beçerra (Bakı)
“Zolaqlılar”ın 28 yaşlı yeni futbolçusunun da qiyməti 650 000 göstərilir.
 
10. Rail Məlikov (klubsuz)
Nə qədər təəccüblü olsa da, hazırda klubsuz olan Məlikov ölkəmizin ən bahalı futbolçularından biri sayılır. Onun da qiyməti 650 000 min dəyərindədi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.