27 avqust 2012 18:57
Bruno Bertuççi: Bizi klub tarixinin ən mühüm oyunu gözləyir
“Neftçi”nin futbolçusu Bruno Bertuççi UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Nikosiyada baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Biz cavab matçında qələbə qazanmaq istəyirik. Bizi klub tarixinin ən mühüm oyunu gözləyir. Düzdü, ilk oyunda istədiyimiz nəticəyə nail ola bilmədik və heç-heçəyə razılaşdıq. Amma Kiprdə bunun əvəzini çıxmaq istəyirik”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda keçirilmiş və 1:1 hesabıyla başa çatmışdı. Cavab qarşılaşması isə avqustun 30-da oynanılacaq və saat 22:00-da başlayacaq.
