27 avqust 2012 19:18
Xəzər Lənkəran Rauf Əliyev transferindən vaz keçdi
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Rauf Əliyevin “Xəzər Lənkəran”a transferi baş tutmayıb. Azerisport.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.
Məlumatda bildirilir ki, hər şey sona yaxınlaşdığı bir vaxtda “Xəzər Lənkəran” gözlənilmədən danışıqları dayandırmağa qərar verib. Halbuki, cənub təmsilçisi həm futbolçunun özü, həm də Ağdam klubu ilə bu transferlə bağlı razılığa gəlmişdi. Tərəflər arasında iki illik müqavilə imzalanacağı bildirilirdi.
Amma göründüyü kimi, indi “Xəzər Lənkəran” qeyri-məlum səbəblərdən transfer danışıqlarına son verib. Belədə, Əliyev güman ki, ən azı qışa qədər “Qarabağ”da qalmalı olacaq.
