27 avqust 2012 19:32
Tuyqun Nadirov: Rauf Əliyev Qarabağla problemini həll edə bilmədi
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Rauf Əliyevin transferinin baş tutmaması ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz bir neçə futbolçu ilə maraqlanırdıq ki, onların arasında Rauf da var idi. O, yaxşı hücumçudu və hər bir komandaya lazım olan oyunçudu. Bizim onunla danışıqlarımızda çətinliklərimiz var idi. Çünki Əliyev müqavilə ilə “Qarabağ”a bağlıdı. Rauf bu problemi həll edə bilmədi. Ona görə də biz danışıqları dayandırdıq. Amma qış transfer pəncərəsində bu mövzuya yenidən qayıdacağıq”.