27 avqust 2012 11:26
“Raufa Xəzər Lənkəranda uğurlar arzulayıram”
“Qarabağ”ın direktoru Əmrah Çəlikəl komandanın aparıcı hücumçularından olan Rauf Əliyevin “Xəzər Lənkəran”a keçidinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Danışıqlar artıq sona yaxınlaşır. Mümkündü ki, bu gün və ya sabah hər şey rəsmiləşsin. Rauf Əliyev çox yaxşı və perspektivli hücumçudu. “Xəzər Lənkəran” onun transferi üçün çox çalışır. Əgər futbolçu özü də bu komandaya keçiddə maraqlıdırsa, biz heç nə edə bilmərik. Əliyevə “Xəzər Lənkəran”da uğurlar arzulayıram. O, “Qarabağ”da çox şey öyrənmişdi”.