27 avqust 2012 11:33
AFFA-nın əməkdaşları UEFA-nın seminarında
Bu gün və sabah - avqustun 28-də, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil qərargahında media seminarı keçiriləcək. Azerisport.az xəbər verir ki, informasiyanın çatdırılması ilə bağlı təklif edilmiş yeni sistem barədə məlumat vermək üçün UEFA-nın dəvəti ilə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu və həmin departamentin mütəxəssisi Ülviyyə Nəcəfova seminarda iştirak edəcək.
