Adamiya 4-cü klubunda da qol vurdu
IV turun “Turan”la səfər oyununa kimi Adamiya “Neftçi”, “Bakı” və “Qarabağ”üçün də qollar vurmuşdu. 2005-ci ilin fevralında Azərbaycan çempionatında debüt edən Georgi ölkəmizdə 4 və daha çox komanda ilə qol sevinci yaşayan 5-ci legioner oldu.
Ona qədər milliləşənlər də nəzərə alınmaqla yalnız 4 futbolçu ən azı 4 komandada buna nail olmuşdu. 61-ci qolunu vuran Adamiya 3 futbolçuya çatsa da, Anatoli Doroşa məxsus mütləq rekord 5-ə bərabərdir. Adamiyadan təxminən 2 dəfəaz – 32 qol vuran Anatoli buna 5 komandanın heyətində nail olub.
|
Futbolçu |
Qol vurduğu klub sayı |
Qol vurduğu klublar |
Qol sayı |
Vətəndaşlığı |
|
Anatoli Doroş |
5 |
Simurq (Zaqatala), AZAL (Bakı), MKT Araz (İmişli), Karvan (Yevlax), Standard (Sumqayıt) |
32 |
Moldova |
|
Leonardo Roşa |
4 |
Qarabağ (Ağdam), Standard (Sumqayıt), İnter (Bakı), Bakı |
18 |
Braziliya |
|
Tagim Novruzov |
4 |
Muğan (Salyan), Simurq (Zaqatala), Turan (Tovuz), Rəvan (Bakı) |
9 |
Azərbaycan/Rusiya |
|
Arif Daşdəmirov |
4 |
Şahdağ (Qusar), MKT Araz (İmişli), Masallı, İnter (Bakı) |
6 |
Azərbaycan/Rusiya |
|
Georgi Adamiya |
4 |
Qarabağ (Ağdam), Neftçi (Bakı), Bakı, İnter (Bakı) |
61 |
Gürcüstan |
