27 avqust 2012 12:15
Bahodir Nasimov nə vaxt sıraya dönəcək?
“Neftçi”nin hücumçusu Bahodir Nasimov müalicəsini davam etdirir. Azerisport.az xəbər verir ki, bu günlərdə özbək hücumçu Almaniyaya gedib və onu əməliyyat etmiş həkimlər tərəfindən yenidən müayinə olunub.
Son məlumatlara görə, Bahodirin sıraya dönüşü gələn ilin yanvar ayından tez baş tutmayacaq. Belədə, paytaxt klubunun yeni hücumçu alıb-almayacağı sual doğurur.
Qeyd edək ki, Nasimov ötən mövsümün sonundan etibarən sıradan çıxıb.
