27 avqust 2012 00:18
Fasilə öncəsi iki həsrətə son
Futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü turun oyunlarına yekun vuruldu. Azerisport.az xəbər verir ki, iki oyunu təxirə salınan hesabat turunda cəmi dörd qarşılaşma baş tutdu.
Turun açılış matçında “Qarabağ”la “Rəvan” üz-üzə gəldi. Bu qarşılaşma nominal meydan sahibləri üçün zirvədəki yerlərini möhkəmləndirmək xarakteri daşıyırdısa, qonaq komanda ilk qələbəsini rəsmiləşdirmək arzusunda idi. Amma 90 dəqiqəlik mübarizə qolsuz başa çatdı. Bu heç-heçə Qurban Qurbanovun komandasının liderliyini qoruması üçün yetərli oldu. “Sarı-qırmızılı” düşərgədə isə növbəti xal itkisi ciddi dəyişikliyə səbəb oldu.
Belə ki, paytaxt klubu heç kimin gözləmədiyi halda elə bu yay komandanın sükanı arxasına gətirilən Cavad Güləri istefaya göndərdi. Halbuki, cəmi dörd oyundan sonra hansısa məşqçinin işinə belə qiymət verilməsi çox absurd görünür. Ən azı ona görə ki, Gülərin komandası heç də bərbar görünmədiyi bu qarşılaşmalardan yalnız birində uduzmuşdu, digərlərində isə sülh bağlamışdı. Özü də bu oyunların əksəri mövsümün iddialılarına qarşı keçirilmişdi. Hər halda “aslanlar”ın bu qərarı kifayət qədər gülünc təsir bağışlayır və türkiyəli mütəxəssisin yerinə yenidən Bəhmən Həsənovun gətirilməsi də növbəti anormallıq kimi qiymətləndirilə bilər.
İkinci oyun günündə də bir qarşılaşma baş tutdu. “Rəvan” kimi qələbə qazana bilməyən “İnter” səfərdə “Turan”ın qonağı oldu. Görüşdən öncə hər kəs “bankirlər”in asan qələbə qazanacağını düşünə bilərdi. Amma qarşılaşma hər şeyin əksini göstərdi. Düzdü, hesabı qonaqlar açdılar. Buna qədər isə ilk qolun müəllifi Georgi Adamiya bir penaltini də boşa vermişdi. Buraxılan qola rəğmən, meydan sahiblərinə həvəsdən düşmədilər. Əsgər Abdullayevin yetirmələri hətta hesabda önə keçməyə də imkan tapdılar. Amma son dəqiqələrdə yenidən ayılan Kaxaber Tsxadadzenin komandası daha iki qol vuraraq, əzmkar qələbə qazanmağı bacardı.
Növbəti iki oyun isə bazar günü baş tutdu. Günün ilk oyununda “Qəbələ” ilə “Sumqayıt” qarşılaşdı. Bu matça qədər hər iki komanda ilk 3 turda 4 xal qazanmışdı və turnir cədvəlinin 7-8-ci pillələrini tuturdular. Son turda hər iki komanda böyük hesabla yenilmişdi. Belə ki, “Qəbələ” “Neftçi”yə 0:3, “Sumqayıt” “Qarabağ”a 1:6 hesabı ilə uduzmuşdu. Bu dəfə onlar həmin məğlubiyyətlərin təsadüf olduğunu sübut etmək istəyirdilər. Oyuna daha fəal başlayan “Sumqayıt” erkən qolla hesabı açdı. Lakin onların üstünlüyü uzun çəkmədi. Nəticədə komandalar fasiləyə bərabər yolandılar. İkinci hissənin əvvəlində isə Omar Kalabane meydan sahiblərini hesabda önə keçirdi. Bu futbolçunun sonradan dubl etdiyi qarşılaşmanın sonunda “Qəbələ” 4:1 hesablı qələbəyə sevindi.
Digər oyunda isə qələbə üzünə həsrət qalan daha bir komanda - “Bakı” da xal qazana bilməyən “Kəpəz”i qəbul etdi. Bu matça qədər “Kəpəz” keçirdiyi 3 oyunun üçündə də uduzmuşdu. “Neftçi” ilə oyunu təxirə salınan “Bakı” isə keçirdiyi ilk iki oyunda 2 xalla kifayətlənmişdi. Gəncə təmsilçisi ilə qarşılaşmaya fəal başlayan “Bakı” erkən qolla hesabı açdı. Fasilədən dərhal sonra “zolaqlılar”ın yeni transferi Vangelis Mantsios fərqi iki topa çatdırdı. Az sonra Yuri Fomenkonun penalti qolu Mahmud Qurbanovla debüt matçına çıxan gəncəliləri ümidləndirsə də, onların bundan artığına gücü çatmadı. İlk dəqiqələrdən azlıqda mübarizə aparan qonaqların qapısına daha bir qol vuran Mantsios yekun nəticəni müəyyənləşdirdi – 3:1.
Qeyd edək ki, bu turun “Xəzər Lənkəran” – “Simurq” və AZAL – “Neftçi” qarşılaşmaları təxirə salınıb. Premyer Liqamızda isə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsindəki oyunları ilə əlaqədar üç həftəlik fasilə yaranır.
Premyer Liqa
4-cü tur
QARABAĞ – RƏVAN - 0:0 (0:0)
Sarı vərəqələr: Muarem Muarem, 41 (qeyri-idman hərəkəti), Admir Teli, 90 (qeyri-idman hərəkəti) - Tofiq Mikayılov, 35 (simulyasiya), Miloş Zeçeviç, 66 (hakimə qarşı etiraz), Fransis Bosman, 83 (qeyri-idman hərəkəti), Tural Axundov, 90+1 (rəqibi tutduğuna görə).
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Vaqif Musayev, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
24 avqust 2012. Bakı. Dalğa Arena. 350 tamaşaçı.
Qarabağ: 89. Miro Varvodiç, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov (11. Rauf Əliyev, 58), 20. Riçard Almeyda, 16. Elnur Abdulov (3. Kamil Hüseynov, 57), 22. Əfran İsmayılov (70. Vaqif Cavadov, 83), 24. Admir Teli, 25. Ansi Aqolli.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 9. Tural İsgəndərov, 18. İlqar Qurbanov.
Baş məşqçi: Qurban Qurbanov.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 8. Tural Axundov, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varela, 18. Samuel Barlay, 20. Kristian Torres (19. Hüseyn Axundov, 55), 22. Tofiq Mikayılov (10. Nemanya Vidakoviç, 80), 26. Fransis Bosman, 28. Amit Quluzadə (17. Emin İbrahimov, 68).
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 7. Elvin Musazadə, 15. Tural Cəlilov, 16. Orxan Lalayev.
Baş məşqçi: Cevat Güler.
TURAN – İNTER - 2:3 (0:0)
Qollar: G.Adamiya, 58 (0:1), S,Ballo, 73 (1:1), A.Məmmədov, 84 (2:1), V.Levin, 88 (2:2), Slavço Georgiyevski, 90+3 (2:3).
Matçın 36-cı dəqiqəsində G.Adamiya penaltidən yararlana bilməyib.
Sarı vərəqələr: Abdulla Abatsiyev, 12 (qeyri-idman hərəkəti), Slavço Georgiyevski, 90+3 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, Elman Musayev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
25 avqust 2012. Tovuz. Şəhər stadionu. 2000 tamaşaçı.
Turan: 28. Andrey Popoviç, 4. Levan Çxetiani, 6. Mikayıl Rəhimov (13. Bayram Kərimov, 48), 7. Azər Məmmədov, 9. Murad Ağakişiyev (11. Qoqi Pipia, 60), 10. Hafiz Əliyev (k), 14. Aleksandr Qoqoberişvili, 17. Fərmayıl Əliyev, 21. Antonio Rukavina, 22. Salif Ballo, 23. İrakli Beraya (5. Fərid Quliyev, 82).
Ehtiyat oyunçular: 27. Natiq Sərhətov, 12. Emin Mirzəliyev, 19. Asəf Qədiri, 20. İlkin Sadıqov.
Baş məşqçi: Əsgər Abdullayev.
İnter: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 10. Georgi Adamiya, 11. Asif Məmmədov (8. Nizami Hacıyev, 64), 15. Vladimir Levin (k), 20. Brüs Abdulay (9. Daniel Genov, 79), 21. Arif Daşdəmirov, 23. Tales Şütz, 25. İbrahima Niasse (4. Valeri Abramidze, 65), 47. Abdulla Abatsiyev, 77. Ruslan Əmircanov.
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 6. Samir Zərgərov, 7. Ramil Mansurov, 87. Haynts Barmettler.
Baş məşqçi: Kaxaber Tsxadadze.
QƏBƏLƏ – SUMQAYIT - 4:1 (1:1)
Qollar: R.Qurbanov, 18 (0:1), Da Silva, 33 (1:1), O.Kalabane, 53 (2:1), R.Abdullayev, 55 (3:1), O.Kalabane, 71 (4:1).
Sarı vərəqələr: Yannik Kamanan, 17 (qeyri-idman hərəkəti), Nodar Məmmədov, 56 (qeyri-idman hərəkəti), Ürfan Abbasov, 86 (qeyri-idman hərəkəti) - Murad Ağayev, 13 (qeyri-idman hərəkəti), Murat Doymuş, 83 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Azər Əsgərov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Gülağa Cabbarov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
26 avqust 2012. Qəbələ. Şəhər stadionu. 2500 tamaşaçı.
Qəbələ: 25. Dieqo Silva Kosta, 8. Bruno Da Silva, 10. Dodo (99. Amil Yunanov, 84), 11. Yannik Kamanan, 15. Omar Kalabane, 18. Aleksandr Çertoqanov (k) (21. Elmar Baxşıyev, 68), 22. Lorival Rodriqes Assis (9. Viktor Mendi, 76), 27. Rəşad Abdullayev, 34. Ürfan Abbasov, 84. Deyan Kelhar, 88. Nodar Məmmədov.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 3. Vurğun Hüseynov, 20. Rəşid Əmiraslanov, 23. Şəhriyar Xəlilov.
Baş məşqçi: Fatih Kavlak.
Sumqayıt: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 4. Samir Abbasov (k), 5. Murat Doymuş, 7. Fərcad-Azad Pərdis, 9. Orxan Əliyev, 10. Ceyhun Sultanov, 13. Murad Ağayev (6. Tamer Taktak, 57), 22. Erdal Çelik, 27. Ramil Həşimzadə (21. Məhəmməd Mirzəbəyov, 57), 91. Ruslan Qurbanov (50. Murad Hüseynov, 69).
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Aqşin Muxtaroğlu, 11. Sabir Allahquliyev, 77. Elçin Xəlilov.
Baş məşqçi: Bernhard Raab.
BAKI – KƏPƏZ - 3:1 (1:0)
Qollar: N.Novruzov, 20 (1:0), V.Mantsios, 49 (2:0), Y.Fomenko, 55-pen (2:1), V.Mantsios, 76 (3:1).
Sarı vərəqələr: Şəhriyar Əliyev, 34 (qeyri-idman hərəkəti), Aleksandar Soliç, 44 (hakimin qərarına etiraz) - Təbriz Hüseynli, 12 (qeyri-idman hərəkəti), 17 (qeyri-idman hərəkəti), Azər Məmmədov, 38 (bilərəkdən əl ilə oyun), Nikolay Svejentsev, 61 (qeyri-idman hərəkəti), Məhərrəm Hüseynov, 82 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Təbriz Hüseynli, 17 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, İlham Əliyev, Knyaz Əmiraslanov, Anar Salmanov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
26 avqust 2012. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 600 tamaşaçı.
Bakı: 82. Edin Nuredinovski, 6. İbrahim Karqbo, 8. Xavyer Junior Vilson, 15. Cəmşid Məhərrəmov (k), 19. Nurlan Novruzov, 22. Vangelis Mantsios, 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 27. Georgi Popxadze (3. Denis İvanov, 77), 77. Aleksandar Soliç (7. Deyvidas Çesnauski, 67), 99. Rəhman Hacıyev (11. Elvin Məmmədov, 61).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 10. Lukas Mario Horvat, 21. Novruz Məmmədov, 36. Uinston Parks.
Baş məşqçi: Bojidar Bandoviç.
Kəpəz: 1. İvan Radoş, 2. Nicat Məmmədov, 3. Təbriz Hüseynli, 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 7. Pərvin Paşayev (18. Nikolay Svejentsev, 28), 8. Elvin Həsənəliyev (9. Bəxtiyar Soltanov, 54), 10. Armand Feutçin, 15. Şahin Kərimov, 20. Emin Əliyev (14. Elxan Əzizov, 80), 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 19. Atin Abdullayev, 11. Ziyabil Məmmədov, 17. Ceyhun Əhmədov.
Baş məşqçi: Mahmud Qurbanov.
1
4
2
2
0
8-2
8
Bombardirlər:
3 - Z.Benuahi (AZAL), J.Nildo (AZAL)
2 - C.İmamverdiyev (Neftçi), Z.Popoviç (Simurq)
