28 avqust 2012 01:14
Rail Məlikov Türkiyə klubu ilə rəsmi müqavilə imzaladı
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikovun yeni iş yeri nəhayət ki, dəqiqləşib. Azerisport.az xəbər verir ki, “Neftçi” ilə yollarını ayıran futbolçu bundan sonra karyerasını Türkiyədə davam etdirəcək.
Belə ki, o, qardaş ölkənin “Denizlispor” klubuna keçib. Artıq bir neçə gün öncədən gözlənilən bu transfer tam rəsmiləşib. Türkiyəyə yola düşən futbolçumuz yeni klubu ilə rəsmi müqaviləyə imza atıb.
Müqaviləyə əsasən Rail ən azı iki il “Denizlispor”un şərəfini qoruyacaq. Məlikov Türkiyə klubuna havayı başa gəlib. Yəni qardaş ölkə təmsilçisi bu keçidə görə “Neftçi”yə heç bir transfer haqqı ödəməyib. Çünki Rail “ağ-qaralar”dan ayrılarkən, transfer vərəqini də aldığından, azad agent statusuna malik idi.
