28 avqust 2012 17:41
Millimiz Gürcüstanı məğlub etdi (YENİLƏNİB)
Bu gün 15 yaşadək futbolçulardan ibarət Azərbaycan və Gürcüstan yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma Qəbələ şəhərində baş tutub.
Görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundakı yeganə qolun müəllifi Nicat Süleymanov olub.
Maraq üçün qeyd edək ki, bu komandalar arasında ayın 30-da daha bir görüş baş tutacaq. Həmin görüş də Qəbələ şəhərində keçiriləcək və saat 11:00-da başlayacaq.
Yoldaşlıq oyunu
28 avqust
AZƏRBAYCAN – GÜRCÜSTAN - 1:0
