29 avqust 2012 00:05
Yığmamız darmadağına üzüldü (YENİLƏNİB)
17 yaşadək futbolçulardan ibarət Azərbaycan və İrlandiya yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma səfərdə - Dublin şəhərində baş tutub.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Yığmamız 3 cavabsız qolla uduzub.
Maraq üçün qeyd edək ki, bu komandalar arasında ayın 30-da daha bir görüş planlaşdırılıb. Həmin görüş də Dublin şəhərində keçiriləcək.
Yoldaşlıq oyunu
28 avqust
İRLANDİYA - AZƏRBAYCAN - 3:0
