30 avqust 2012 02:09

Neftçinin qənimi də ÇL-dən uzaqlaşdırıldı, Fenerbahçe də (YENİLƏNİB)

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə uğrunda 20 kollektiv mübarizə aparırdı.
 
Bu iştirakçılar arasında təəssüf ki, artıq Azərbaycan təmsilçisi yox idi. Ölkə çempionu “Neftçi” bu turnirin ikinci təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Gürcüstan “Zestafoni”sinin aqibətini İsrail təmsilçisi “Hapoel”ə (Kiryat Şmona) yaşada bilmədi və ÇL ilə vidalaşmalı oldu.
 
Məhz "Neftçi"ni ÇL-dən uzaqlaşdırmış "Hapoel" özü də bu turnirlə vidalaşmalı olub. Elə qardaş Türkiyənin "Fenerbahçe" klubu da çıxışını başa vurmalı olub. Bu iki komanda ilə yanaşı pley-off mərhələsinin bütün məğlubları Avropa Liqasının qrup mərhələsinə "köçmək" məcburiyyətində qalıblar. Qalib gələn 10 klub isə ÇL-in qruplarına vəsiqəni təmin ediblər.
 
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi (cavab oyunları)
28 avqust
 
Hapol (Kiryat Şmona, İsral) - BATE (Belarus) - 1:1 (0:2)
Qollar: Lençe, 67 - Pavlov, 90+4.
 
Anderlecht (Belçika) - AEL Limassol (Kipr) - 2:0 (1:2)
Qollar: Mbokani, 81, Yakovenko, 89.
 
Maribor (Sloeniya) - Dinamo (Zaqreb, Xorvatiya) - 0:1 (1:2)
Qol: Tonel, 12.
 
Udinese (İtaliya) - Braga (Portuqaliya) - 1:1 (penaltilərlə - 4:5) (1:1)
Qollar: Armero, 25 - R.Mikael, 72.
 
Panathinaikos (Yunanıstan) - Malaga (İspaniya) - 0:0 (0:2)
 
29 avqust
 
Fenerbahçe (Türkiyə) - Spartak (Moskva, Rusiya) - 1:1 (1:2)
Qollar: Sou, 69 - Ari, 6.
 
Dinamo (Kiyev, Ukrayna) - Borussia (Münhenqladbax, Almaniya) - 1:2 (3:1)
Qollar: İdeye, 88 - Xaçeridi, 70-öz qapısına, Aranqo, 78.
 
Lille (Fransa) - Copenhagen (Danimarka) - 2:0 (0:1)
Qollar: Diqne, 43, De Melo, 105.
 
CFR Cluj (Rumıniya) - Basel (İsveçrə) - 1:0 (2:1)
Qol: Kapetanos, 20.
 
Celtic (Şotlandiya) - Helsingborg (İsveç) - 2:0 (2:0)
Qollar: Huper, 29, Vanyama, 88.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.