28 avqust 2012 13:05
AFFA bir futbolçu və iki kluba cəza kəsdi
AFFA İntizam Komtəsinin Premyer Liqanın 4-cü turu ilə bağlı qərarları açıqlanıb. Azerisport.az xəbər verir ki, komitə iki klubu cərimə edib, bir futbolçunu cəzalandırıb.
Belə ki, “Qarabağ”la oyunda “Rəvan”ın 4 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən klub 1000 manat cərimə olunub.
“Kəpəz” isə Təbriz Hüseynliyə görə cərimələnib. Futbolçu “Bakı” ilə matçın 17-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimə edilib.
