28 avqust 2012 13:20
Xəzər Lənkəran və İnter də cəzalandı
AFFA İntizam Komitəsi “İnter” və “Xəzər Lənkəran”ın əvəzedici komandalarını cərimə edib. Azerisport.az xəbər verir ki, əvəzedicilərin çempionatının 4-cü turunun “Xəzər Lənkəran” – “Simurq” matçında Lənkəran təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığından klub 500 manat cərimə olunub.
“İnter” isə futbolçusu Ruslan Cəfərova görə ziyana düşüb. Belə ki, futbolçu “Turan”la matçın matçının 66-cı dəqiqəsində sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən o, 1 oyunluq cəzalandırılıb, klubu 100 manat cərimə edilib.
