28 avqust 2012 13:58
“Hədəf birdi - yaxşı oynamaq və mərhələ adlamaq”!
“Neftçi”nin futbolçusu Bruno Bertuççi UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, Nikosiyaya ümidli yollandıqlarını vurğulayıb.
- AZAL-la Premyer Liqa matçının təxirə salınması xeyrinizə oldu?
- Bu təxirəsalma bizə bir qədər istirahət etmək və APOEL ilə oyuna daha yaxşı hazırlaşmaq imkanı verdi. Fikrimcə, bu qərar düzgün addım idi. Biz klub üçün tarixi əhəmiyyətə malik bir oyuna çıxacağıq. Belə bir oyun ərəfəsində hansısa Premyer Liqa matçına görə riskə getməyə dəyməzdi.

- Elə isə bu tarixi oyun öncəsi nə düşündüyünüzü bilmək maraqlı olardı...
- Oyuna çox yaxşı köklənmişik. Hədəf birdi – yaxşı oynamaq və mərhələ adlamaq! Ən azı ilk oyundakı kimi oynasaq, bizdə nəsə alınacaq.
- “Neftçi” hansı nəticəyə köklənib?
- Nəticənin necə olmasının fərqi yoxdu. Əsas mərhələ keçməkdi. Biz qələbə də qazana bilərik və ya daha qollu heç-heçəyə də nail ola bilərik. Çox təəssüf ki, ilk oyunda minimal hesablı qələbəni qoruyub saxlaya bilmədik. Onu qorusaydıq, indi işimiz daha asan olardı.

- Bəs komandanız ilk oyundakı kimi çıxış edə biləcək? Axı kiprlilər öz meydanlarında daha yaxşı oynayacaqlar...
- Bunun üçün əlimizdən gələni edəcəyik. Öz futbolumuzu oynamağa çalışacağıq. Onların bizə diqtə etdiyi kimi yox.
- Müdafiənizdəki problemlər sizin hücum futbolu oynamağınıza imkan verəcək?
- Mən deməzdim ki, müdafiəmizdə problemlər var. Səhvi hamı edir. Amma hər hansı səhvə görə problemlərin olduğunu demək düz olmazdı. “Neftçi” mərhələ adlamaq üçün əlindən gələni edəcək.
- Mən deməzdim ki, müdafiəmizdə problemlər var. Səhvi hamı edir. Amma hər hansı səhvə görə problemlərin olduğunu demək düz olmazdı. “Neftçi” mərhələ adlamaq üçün əlindən gələni edəcək.
- Bəs siz bilirsiz ki, ilk oyunda doğma meydanda qələbə qazana bilməyən klublarımız səfərdə mərhələ keçməkdə o qədər də “usta” hesab olunmurlar?
- Deməli, bizim tarix yazmaq üçün daha bir şansımız var.