28 avqust 2012 14:09
AFFA-dan Kəpəzə texniki məğlubiyyət!
AFFA İntizam Komitəsi “Kəpəz”in əvəzedici komandasına texniki məğlubiyyət verib. Azerisport.az xəbər verir ki, buna səbəb “Bakı” ilə matçın 89-cu dəqiqəsində nəzərdə tutulmuş limitin pozulması olub. Bu səbəbdən kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bundan başqa matçın 17-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Malik Babayev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 100 manat cərimə olunub.
