28 avqust 2012 14:25
Rail Məlikov Türkiyə klubunda nömrə seçimini etdi (FOTO)
Rail Məlikovun “Dənizlispor”da geyinəcəyi formanın nömrəsi müəyyənləşib. Azerisport.az xəbər verir ki, futbolçu ənənəsinə sadiq qalıb.
Belə ki, Rail yeni klubunda 2 nömrəli formanı geyinəcək. Təqdimat mərasimində klubun Transfer Komitəsinin rəhbəri Ömər Üzəl bu formanı futbolçumuza təqdim edib.
Qeyd edək ki, Rail “Neftçi”də və milli komandada da “2”ni geyinirdi.
