28 avqust 2012 14:48
“Denizlispor Rail Məlikovla bir az da gücləndi”
Türkiyənin “Dənizlispor” klubunun Transfer Komitəsinin rəhbəri Ömər Üzəl Rail Məlimovun transferinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, klub rəsmisi azərbaycanlı futbolçunu transfer etdikləri üçün xoşbəxt olduqlarını deyib.
“Boşluq olan mövqelərimizi doldurmağa çalışırıq. Rail Məlikovu aramıza aldığımız üçün xoşbətik. Bu transferlə bir az da gücləndik. Onun “Dənizliposr”a böyük fayda verəcəyinə inanıram. Camiəmiz üçün xeyirli olsun” deyə Ömər Üzəl bildirib.
