28 avqust 2012 15:41
Simurq Gürcüstanda 3 oyun keçirəcək
Dünya Çempionatının seçmə mərhələsinin oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edərək "Simurq" Peşəkar Futbol Klubu bu gün Gürcüstana yollanacaq. Azerisport.az xəbər verir ki, Zaqatalada bir araya gələcək komanda oradan Tiflis şəhərinə yola düşəcək.
“Sarı-qaralar” sentyabrın 9-na qədər qonşu ölkədə təlim-məşq toplanışı keçirəcək. "Kopala" otelindən məskunlaşacaq Georgi Çixradzenin yetirmələri buradakı təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Lakin hələ ki, rəqiblərin kim olacağı məlum deyil.
