28 avqust 2012 15:56
Təxirə salınmış oyunların vaxtı müəyyənləşdi
Futbol üzrə Azərbaycan Premyer Liqasının təxirə salınmış üç oyununun vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, 1-ci turun təxirə salınmış “Neftçi” – “Bakı” və 4-cü turun təxirə salınmış “Xəzər Lənkəran” – “Simurq” qarşılaşmaları sentyabrın 20-də keçiriləcək.
Bu səbəbdən bir oyunun vaxtı dəyişdirilib. Belə ki, 6-cı turun “Simurq” – “Kəpəz” oyunu sentyabrın 23-dən 24-nə keçirilib.
4-cü turun təxirə salınmış AZAL – “Neftçi” oyunu isə oktyabrın 23-də baş tutacaq. Bununla əlaqədar olaraq, 10-cu turun “Simurq” – AZAL oyunu 26 oktyabrdan 27 oktyabra, 11-ci turun AZAL – “Bakı” qarşılaşması 30 oktyabrdan 31 oktyabra, 12-ci turun “Kəpəz” – “Bakı” qarşılaşması isə 3 noyabrdan 4 noyabra keçirilib.
