28 avqust 2012 16:53
İnter Qusara gedir
Əvəzedicilərin çempionatında yaranmış fasilədən istifadə edən “İnter”in ikinci heyəti təlim-məşq toplanışı keçirmək məqsədilə Qusara yollanacaq. Azerisport.az xəbər verir ki, “İnter” sentyabrın 1-də Qusara gedəcək və orada ayın 9-dək təlim-məşq toplanışı keçirəcək.
Toplanışın gedişində bir yoxlama qarşılaşması olacaq və Tofiq Mustafayevin yetirmələri çox güman yerli komanda “Şahdağ”la qarşılaşacaqlar.
Qeyd edək ki, daha bir yoldaşlıq matçının Bakıda keçirilməsi planlaşdırılır.
