28 avqust 2012 16:34

“Bura tarix yazmaq üçün gəlmişəm”

Azərbaycan Premyer Liqasında 4-cü turun “Sumqayıt”la keçirilən oyun “Qəbələ”nin yeni transferi Lorival Assis üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu bu görüşdə assistentlik bacarığını nümayiş etdirib.
 
Matçın 33-cü dəqiqəsində Assisin ötürməsindən sonra Bruno da Silva hesabı bərabərləşdirir. 20 dəqiqə sonra Assisin küncdən zərbəsini Omar Kalabane başla tamamlayır və “Qəbələ” “Sumqayıt” qarşısında önə keçir. 2 dəqiqə sonra isə (55-ci dəqiqə) sol cinahdan cərimə meydançasına daxil olan Assisin qapı ağzına dəqiq ötürməsini Rəşad Abdullayev eyni dəqiqliklə tamamlayır – 3:1. Matçın 71-ci dəqiqəsində yenə Assisin künc zərbəsi və yenə Kalabane başla fərqlənir – 4:1.
 
“Qəbələ” “Sumqayıt”la matçda hesabda geri düşsə də, komandanın əzmkar oyunu sonda rəqibin darmadağınını qaçılmaz edib. Qonaqların qapısından 4 qol keçirən Fatih Kavlakın yetirmələri doğma meydançada ardıcıl 4-cü qələbələrini qazanıblar. Təbii ki bu uğurlu nəticənin əldə olunmasında qola imza atanlar qədər qol ötürməsi verənlərin də rolu böyükdür. “Sumqayıt”la matçda isə son həlledici zərbəni vuranlar fərqli olsalar da, assistent rolunu oynayan bir futbolçu var idi – Lorival Assis.
 
“Qəbələ”yə mövsümün əvvəlində qoşulan braziliyalı qısa müddətdə komandaya uyğunlaşması ilə diqqət çəkir. Meydançaya çıxdığı 4 oyunda 1 qol (“Qəbələ” – “İnter” 1:0) vuran və 4 məhsuldar ötürmə ilə yadda qalan Assis klubun rəsmi saytına açıqlamasında komandanın uğurunda pay sahibi olduğu üçün özünü xoşbəxt hiss etdiyini deyib:
 
“Gərgin oyun alındı. Matça istədiyimiz kimi başlaya bilməsək də, sonradan üstünlüyü ələ keçirməyi bacardıq. Təzyiqimiz öz bəhrəsini verdi və böyükhesablı qələbə qazandıq. Qələbədə pay sahibi olduğum üçün özümü xoşbəxt hiss edirəm. Gələcək oyunlarda daha yaxşı olacaq. Mən daha əvvəl də demişdim – “Qəbələ”yə tarix yazmaq üçün gəlmişəm. Bunun öhdəsindən gələcəyimə inanıram”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.