28 avqust 2012 16:42

İlk, yubiley və dubl!

Azərbaycan Premyer Liqasının 4-cü turunda “Qəbələ” “Sumqayıt”la qarşılaşdı. Azerisport.az xəbər verir ki, öz meydanındakı uğurlu seriyasını davam etdirən komanda 4:1 hesablı qələbə qazandı. Növbəti böyükhesablı qələbə dubl, ilk, həmçinin yubileylərlə əlamətdar oldu.
 
- “Qəbələ” ardıcıl 4-cü dəfə ev oyununda qalib gəldi. Sonuncu dəfə aprelin 7-də “Xəzər Lənkəran”a uduzan komanda 119 gündür qonaqlara xal vermir.
 
- Bundan əvvəlki 3 ev oyununda qapısından qol buraxmayan “Qəbələ” sonuncu dəfə 119 gün əvvəl “Xəzər Lənkəran”la matçda qapısında qol görmüşdü. Həmin matçda Branimir Subaşiçin 3-cü dəqiqədə fərqlənməsindən sonra 375 dəqiqə idi meydan sahibləri qol buraxmırdı. “Sumqayıt”lı Ruslan Qurbanov bu seriyanı dayandıra bildi.
 
- “Sumqayıt” ilk komanda oldu ki, Premyer Liqada ən azı 3 oyunda “Qəbələ”yə məğlub olub. Komandamızın Premyer Liqada daha 2 rəqibi var ki, onlarla oyunlarda “Qəbələ” xal itirməyib. Bunlar ABN və “Bakılı”dır ki, onların hərəsi 2 dəfə məğlub edilib.
 
- Sonuncu dəfə ötən mövsümün 30-cu turunun “Bakı” ilə oyununda (4:0) böyük hesabla qalib gələn “Qəbələ” 119 gündən sonra darmadağına imza atdı.
 
- Cari mövsümdə ilk belə qələbəsini qazanan komanda ümumilikdə tarixində 29-cu dəfə böyük hesabla qalib gəldi. Bu, 2012-ci ildə 4-cü böyük hesablı qələbədir ki, hər dəfə “Qəbələ” 4 qolla buna nail olub.
 
- 29 qələbənin 11-i birinci dəstə, 4-ü ölkə kubokuna təsadüf edibsə Premyer Liqada 14-cü dəfə 3 və ya daha çox top fərqi ilə qələbə əldə olunub. 
 
-  “Qəbələ” 18-cı dəfə öz meydanında böyük hesabla qalib gəlib. Bunların 7-si birinci dəstə, 2-si kuboka təsadüf etmişdisə 9-cu dəfə Premyer Liqa qonaqlar darmadağın edildi. Digər 11 darmadağın isə səfərdə gerçəkləşib.
 
- Premyer Liqadakı 14 böyükhesablı qələbənin 7-si Ramiz Məmmədov, 3-ü Toni Adams, 4-ü Fatih Kavlakın baş məşqçiliyi dövrünə təsadüf edib.
 
- 3-cü dəfə “Sumqayıt”la qarşılaşan komandamız tarixində ilk dəfə bu rəqibə 3 top fərqilə qalib gəldi. Futbolçularımızın böyük hesabla məğlub etdiyi rəqiblər sırasında 20-ci “qurban” olan “Gənclik şəhəri” təmsilçisinə qədər  MOİK ilə “Muğan”ın hərəsini 3, “Şərur”, “Gənclərbirliyi-2”, “Energetik”, “Şahdağ” (Quba) və “Simurq”un hərəsini 2 dəfə məğlub edən Qəbələ futbolçuları digər 13 rəqibi 1 dəfə ağır məğlubiyyətə məruz qoyublar.
 
- “Sumqayıt” ilə oyunda “Qəbələ”nin futbolçusu Umar Kalabane dubla imza atdı. Bu matçadək klub tarixində 21 dubl var idisə, qvineyalı 22-ci dəfə 1 matçda 2 qolun vurulmasında pay sahibi oldu.
 
- İlk dəfə buna nail olan afrikalı klub tarixində dubl etmiş sayca 16-cı futbolçu oldu.
 
- 2008/09 mövsümündə dubl edən Kənan Kərimovdan sonra artıq 9-cu dəfə “Qəbələ”nin dubluna legioner imza atıb.
 
- Ümumilikdə Kənan hamıdan çox – 4, Rövşən Əhmədov, Vüsal Qarayev, Yannik Kamanan hərəyə 2 dubl müəllifi olublar.
 
- Bu 22 dubldan 4-ü birinci dəstə, 4-ü ölkə kubokuna təsadüf edibsə, Premyer Liqada 14 belə hal yaşanıb. 
 
- “Qəbələ”nin bütün dublları
2005/06, I dəstə: Rövşən Əhmədov – 2, İbrahim Hüseynov, Qədir İlyasov – hərəyə - 1
2006/07, güclülər dəstəsi: Vüsal Qarayev - 1
2006/07, kubok: Vüsal Qarayev – 1
2007/08, güclülər dəstəsi: Bokunqu Ncioli Fiston, Vitali Balamestnı – hərəyə 1
2008/09, Premyer Liqa: Kənan Kərimov - 2
2008/09, kubok: Kənan Kərimov - 2
2009/10, Premyer Liqa: İqor Melnik, Kristian Torres, Tomaş Stolpa - hərəyə 1
2010/11, Premyer Liqa: Deon Barton – 1
2011/12, Premyer Liqa: Yannik Kamanan – 2, Luiz Hilario - 1
2011/12, kubok: Serge Cehua – 1
2012/13, Premyer Liqa: Umar Kalabane - 1
 
- Rəşad Abdullayev “Qəbələ”də ilk qolunu vurdu. O, klubun tarixində qol vuran 72-ci futbolçu oldu.
 
- Yarımmüdafiəçi həm də Premyer Liqada qol vuran 53-cü “Qəbələ”li oldu.
 
- Cari mövsümdə ilk dəfə fərqlənən Bruno da Silva 631 gündən sonra rəqib qapısına yol tapdı. O, sonuncu – bu matçadək yeganə olan qolunu 2010-cu il dekabrın 4-də MOİK-lə səfər matçında fərqlənmişdi.
 
- Yannik Kamanan “Qəbələ”də 20-ci oyununu keçirdi.
 
- Bruno da Silvanın vurduğu qol “Qəbələ”nin ev oyunlarında 175-ci qolu oldu. 
 
- Fatih Kavlakın rəhbərliyi altında 10-cu ev qələbəsini qazanan komandanın üzvü Umar Kalabanenin ilk qolu türkiyəlinin rəhbərliyi vaxtında ümumilikdə 25-ci, Premyer liqada 20-ci ev qolu oldu.
 
- Həmin qol Kavlaklı “Qəbələ”nin ümumilikdə 40-cı, çempionatda 35-ci qolu kimi də tarixə düşdü.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.