28 avqust 2012 17:14
Millimizin Zambiya ilə oyununun başlama saatı açıqlandı
Xəbər verdiyimiz kimi, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə hazırlığını davam etdirən 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi Zambiya yığması olacaq.
Qarşılaşma sentyabrın 3-də, saat 20:00-da, Bayıl stadionunda keçiriləcək. Zambiya yığmasının rəqib seçilməsinin səbəbi dünya çempionatında yığmamızın rəqiblərindən birinin Afrika təmsilçisi - Nigeriya komandası olmasıdı. DÇ 2012-də A qrupunda mübarizə aparacaq yığmamızın digər rəqibləri Kolumbiya və Kanada komandalarıdı.
